Türkiyənin Egey dənizi bölgəsində daha bir zəlzələ meydana gəlib
Türkiyədə daha bir zəlzələ meydana gəlib. Zəlzələ Bakı vaxtı ilə 02:28-də, Egey dənizində baş verib. Zəlzələnin gücü Rixter cədvəli üzrə 4,1 bal gücündə olub. Türkiyə baş nazirliyi təbii fəlakət və təcili yardım mərkəzinin rəhbərliyi zəlzələnin olması faktını təsdiqləyib. Açıqlamada, zəlzələnin yerli vaxtla saat 00:28-də episentri Egey dənizində - yerin 11,84 kilometr dərinliyində, 4,1 bal gücündə meydana gəldiyi bildirilib Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu isə zəlzələnin gücünü 4,2 bal olaraq açıqlayib. Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur. Xatırladaq ki, son 3 gün ərzində Türkiyədə, xüsusən də Egey dənizi bölgəsində ən güclüsü 7,2 bal olmaqla, ardıcıl bir neçə zəlzələ meydana gəlib. 7,2 bal gücündə baş verən zəlzələ 1 nəfərin ölümünə 226 nəfərin yaralanmasına gətirib çıxarmışdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?