Şimali Koreya prezidenti Kim Çen Inın ciddi narazılığına səbəb olan “İntervü” filminin anonsu “Youtube”-da yerləşdirilib. Bu ilin oktyabrında “İntervü” –nün premyerasını təşkil etmək nəzərdə tutulub. Şimali Koreya XİN-dən bildiriblər ki, filmin ekranlara çıxarılması ABŞ-a müharibə elan edilməsi ilə nəticələnəcək.
gundemxeber.az-ın aktual.az-a istinadən bildirir ki, filmdə Şimali Koreya prezidenti Kim Çen In-dan müsahibə almaq üçün Pxenyana gələn, sonra isə prezidentə sui-qəsd məqsədi ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən ələ alınan teleaparıcı və prodüserin başına gələnlərdən söhbət açılır.Şimali Koreya XİN-in bəyanatında bildirilir ki, bizim liderimizin ölümünə hökm verilməsi mövzusunda filmin istehsalını və prokatını yolverilməz aqressiya və terror aktı kimi qəbul edirik. Əgər Amerika administrasiyası bu filmin nümayişinə icazə versə, ölkə səviyyəsində ən amansız səviyyədə adekvat tədbirlər görüləcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?