Rusiyanın “Layf nyus” ("Life news") telekanalı şübhə yardan addım atıb.
gundemxeber.az-ın Ukrayna mediasına istinadən xəbərinə görə, sözügedən elektron media qurumu hadisə baş verən andan dərhal sonra təyyarə qəzasının baş verdiyi məkandan hazırladığı və efirə verdiyi süjeti bir qədər sonra rəsmi saytından yığışdırıb.
Görüntünün ilk saniyələrində hadisəni lentə alan şəxslərin təyyarənin təyinatından xəbərlərinin olmaması aydın görünür. Onlar qəzada ölən sərnişinlərin kimliyi və vətəndaşlığını təsdiqləyən şəxsiyyət vəsiqələrini nümayiş etdirməklə təyyarənin hərbi deyil, mülkü olduğunu anlamağa başlayıblar. Görünür, elə bu cür məqamlar da videonun saytdan silinməsinə səbəb olub. Yəni bu o deməkdir ki, terror törədən şəxslər təyyarənin mahiyyətindən xəbərsiz olublar.
Amma “Layf nyus” silənə qədər artıq görüntüləri digər saytlar götürdüyündən, hazırda bu görüntü qəza ilə bağlı ən çox diqqət çəkən video-yazıya çevrilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?