Rusiya mediası Prezident Vladimir Putinin İspaniyanın Saqaleta rayonunda möhtəşəm yeni villa alması barədə xəbər yayıb və mülkün foto görüntülərini paylaşıb.
gundemxeber.az xəbər verir ki, Putinin qonşuları tanınmış şəxslər - britaniyalı rok musiqiçi Rod Stüard və keçmiş Moskva meri Yuri Lujkovdur. Rusiya KİV-i bu xəbəri “Daily Mail”ə istinadən yazdıqlarını bildiriblər.
Qeyd edək ki, ümümi sahəsi 18 min kvadrat olan malikənə Putinə 15 miyon funt sterlinqə başa gəlib. Villada bütün ehtiyaclar nəzərdə tutulub - spa salonlarından tutmuş 10 maşınlıq qaraja qədər. Vurğulanır ki, Rusiya dövlət başçısı müəyyən araşdırmalardan sonra bu villanın alınmasına qərar verib. İspan qəzetlərinin yazdığına görə, seçim etməkdə Putin Lujkovun məsləhətlərini nəzərə alıb.
Sorğu
Yeni dizaynımız necədir?