Gürcüstanın keçmiş birinci xanımı, sabiq prezident Mixail Saakşvilinin xanımı Sandro Rulovs Ukrayna səmasında vurulan “Boinq” sərnişin təyyarəsi ilə uçmalı imiş.
Bu barədə Saakaşvilinin özü məlumat verib.
Keçmiş prezidentin sözlərinə görə, Rulovs Ümumdünya Səhiyyə Təşkilatının səfiri qismində, Amsterdamdan uçan qrupla və onunla birgə konfransa dəvət olunub. “İki ay öncə o, İndoneziyada eyni tipli konfransda olub. Bir neçə gün öncə isə dedi ki, onu Avstraliyada konfransa dəvət ediblər. Ancaq o, oğlunu qoyub getmək istəmirdi. Deyirdi İndoneziyada çox yorulub və yəqin ki, getməyəcək. Onun həmkarları isə getdilər və həlak oldular” – deyib Saakaşvili.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?