“İslam Dövləti” (İŞİD) təşkilatı İraqın Mosul şəhərində Yunis peyğəmbərin (ə) məqbərəsini dağıtdıqdan sonra Şeys peyğəmbərin (ə) məqbərəsini də havaya uçurdu. Şeys peyğəmbərin (ə) məqbərəsinin partladılması “İslam Dövləti” terror təşkilatının “twitter” səhifəsində yayımlanıb.
İslam Dövləti”nin "Sahavat News" "twitter" səhifəsi iddia edib ki, onlar bunu İslam peyğəmbərin qəbrlərin dağıdılması ilə bağlı əmrlərinə əsasən həyata keçiriblər.
Qeyd edək ki, “İslam Dövləti” terror təşkilatı Mosulu ələ keçidikdən sonra burada yerləşən tarixi abidələr, heykəllər, şairlər və xalq simalarının qəbrləri, türbələr, övliyaların məqbərələri, hüseyniyyələr və ən əsası peyğəmbərlərin qəbrlərini və qədəmgahlarını dağıtmağa başlayıblar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?