Rusiya Xarici İşlər Nazirliyi son günlər Azərbaycan-Ermənistan cəbhə bölgəsində baş verən şiddətli qarşıdurma ilə əlaqədar bəyanat yayaraq, hadisələrin bundan sonra daha da gərginləşməsini məqbul saymayıb.
gundemxeber.az xəbər verir ki, bu barədə nazirliyin İnformasiya Departamenti direktorunun müavini Mariya Zaxarova bəyanat yayıb.
Onun sözlərinə görə, hadisələrin münaqişəyə çevrilməsi yolverilməzdir: “Dağlıq Qarabağ zonasında baş verən qarşıdurmalar zamanı dünyasını dəyişənlərin hər birinin yaxınlarına başsağlığı veririk. Hadisələrin bu məcrada inkişafını əldə olunan atəşkəs rejiminin ümumi prinsiplərinə zidd addım kimi qiymətləndiririk. Hadisələrin daha da gərginləşməsinin əleyhinəyik. Tərəfləri sabitliyin qorunmasına çağırırıq”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?