GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Qarabağ: Avropa üçün yeni müharibə?

Qarabağ: Avropa üçün yeni müharibə?

Tarix: 8-08-2014, 02:06 Bölmə :Dünya Baxış: 0
Qarabağ: Avropa üçün yeni müharibə?


Azərbaycan tankları Ağdam istiqamətində hərəkət edir

Qərbin başı Ukraynadakı münaqişəyə qarışıq olduğu bir vaxtda, Avropanın qonşuluğunda iki qatı düşmən - Ermənistan və Azərbaycan arasında başqa bir qarşıdurma qaynamağa başlayıb.

1994-cü ildə atəşəkəs elan ediləndən bəri münaqişə tərəfləri arasında ötən həftəsonu baş vermiş ən ağır toqquşmalar azı 18 əsgərin ölümü ilə nəticələnib.

Çox vaxt dondurulmuş münaqişə adlandırılan bu qarşıdurmanın qəflətən şiddətlənməsi regionda müharibə və sabitsizlik riskini bir daha üzə çıxarıb.

Azərbaycan və Ermənistan prezidentlərini gərgin döyüşlərdən sonra Rusiya bir araya gətirir. Soçidə cümə günü baş tutacağı gözlənilən görüş öncəsi bəzi təhlilçilər hesab edir ki, Moskva regionda öz nüfuzunu qoruyub saxlamağa çalışır və döyüşlərin bərpa olunmasından diplomatik imkanları əldə saxlamaqla faydalanmaq istəyir

Müharibə ehtimalıÖtən həftə ilk dəfə olaraq azərbaycanlılar neft pulları ilə alınmış yeni bahalı tankları hərbi paradda yox, sosial mediada yayılmış şəkillərdə, iddia olunduğuna görə, cəbhə xəttinə doğru gedərkən gördülər.

Hər iki tərəfdən alınan məlumatlarda davam edən toqquşmalar barədə xəbər verilir, lakin Rusiyanın bu həftə Azərbaycan və Ermənistan prezidentlərini danışıqlar üçün Soçiyə gətirəcəyi elan olunandan bəri atışmalar dərhal azalıb.

“Təəssüf ki, bu, iki tərəf arasında yeni müharibənin başlanğıcı ola bilər” – Atlantika Şurasının (Atlantic Council) rəhbər üzvü araşdırmaçısı Sabine Freizer deyir.

Freizer əlavə edir ki, “bu hal davam edərsə, çox böyük təhlükənin xəbərdarlığı olacaq”.

Bəzilərinin mülahizələrinə görə, son zorakı toqquşmalara səbəb Bakı və Yerevanın bəhrəsiz beynəlxalq diplomatik səylərdən məyusluğu olub.

Qarabağ: Avropa üçün yeni müharibə?


Minsk qrupunun Rusiya, Amerika və Fransa diplomatlarının vasitəçiliyi ilə aparılan danışıqlarında 2009-cu ildən bəri irəliləyiş əldə olunmayıb və o zamandan tərəflər müharibə ritorikası ilə danışır və münaqişənin hərbi yolla həllini dilə gətirirlər.

Son illərdə baş verən toqquşmaların ardınca Qərb hökumətləri, adətən, münaqişə tərəflərini hərbi gücdən istifadədən çəkindirən bəyanatlar veriblər.

Lakin son toqquşmaları daha zorakı edən insan itkisinin miqyasıdır. Azərbaycan 13 əsgərini itirdiyini bildirib, tanınmamış Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyi isə üç gün davam edən döyüşlərdə 5 əsgərinin öldüyü və 7 əsgərinin yaralandığını xəbər verib.

Sabine Freizer deyir ki, “adətən itki barədə belə rəqəmlər bütöv bir ilin nəticələrinə görə alınır”.

Hər ikisi Rusiya tərəfindən güclü silahlandırılmış Azərbaycan və Ermənistan hərbi fəallığın son yüksəlişində bir-birini ittham edirlər

Barıt çəlləyi“Biz barıt çəlləyinin üstündə oturmuşuq və bu, genişmiqyaslı müharibəyə səbəb ola bilər” - Azərbaycanın siyasi təhlilçilərindən Rəşad Şirin deyir.

"Yeni təhlükə ondadır ki, Moskva Krımın ilhaqından sonra Rusiya sülhqoruyucularını regiona gətirmək üçün bu münaqişədən öz oyununda sui-istifadə etməyə çalışır"

Richard Giragosyan, siyasi şərhçi

“Burada heç bir sülhqoruyucu mexanizm olmadan iki böyük ordu üz-üzə dayanıb və sülh tamamilə hökumətlərin onu qoruyub saxlamaq istəyi üzərində qərar tutub” – Şirin deyir.

“Sülhqoruyucu qüvvələr” terminini Rusiyanın regiondakı marağını təhlil edən bəzi müşahidəçilər tez-tez işlədirlər.

“Yeni təhlükə ondadır ki, - deyir cənab Giragosyan, - Moskva Krımın ilhaqından sonra Rusiya sülhqoruyucularını regiona gətirmək üçün bu münaqişədən öz oyununda sui-istifadə etməyə çalışır”.

Onun fikrincə, prezidentləri Soçiyə dəvət etməklə Moskva yaranmış vəziyyətdən diplomatik məqamı mənimsəyərək faydalanmaq istəyir.

Özünü Qərbin alternativ neft və qaz təchizatçısı kimi mövqeləndirən Azərbaycan, əldə olunan gəlirin böyük məbləğlərini müdafiə büdcəsinə yönəldir və öz torpaqlarını müharibə yolu ilə qaytaracağı barədə hədələr səsləndirir.

Rusiyanın Qafqazda yeganə hərbi bazalarına ev sahibliyi edən Ermənistan da müharibə ritorikasından istifadə edir və hər hansı hərbi əməliyyata silahla cavab verəcəyi barədə təhdidlər edir.

İki qonşu ölkə Sovet İttifaqının çökməsindən əvvəl Azərbaycana məxsus olmuş, lakin əhalisinin əksəriyyəti erməni olan mübahisəli torpağa – Dağlıq Qarabağa görə 1980-ci illərdən düşmənə çevriliblər.

20 il əvvəl Rusiyanın vasitəçiliyi ilə başa çatmış müharibənin 6 ili ərzində 30 min insan həlak olub, minlərlə insan didərgin düşüb.

Müharibənin nəticəsi olaraq Dağlıq Qarabağ və Azərbaycanın 7 rayonu erməni qüvvələrinin nəzarəti altında qalır.

ŞübhələrBəs son günlər hərbi əməliyyatların qızışmasına nə səbəb olub? Azərbaycanın siyasi təhlilçiləri Şərqi Ukraynada silahlı separatçıları və qiyamçıları dəstəkləməkdə günahlandırılan böyük şimal qonşusundan – Rusiyadan şübhəlidirlər.

Rəşad Şirinə görə, Rusiya Azərbaycan hökuməti üzərinə təzyiq göstərərək onu Vladimir Putinin Avrasiya İttifaqı layihəsinə sövq etməyə çalışır.

“Buna nail olmaq üçün Soçi görüşünə şərait yaradılır. Zorakılığın baş verməsi ilə prezidentlərin planlaşdırılmamış görüşünün arasında vaxtın bu qədər qısa olması şübhə doğurur” – deyir təhlilçi.

Qarabağ: Avropa üçün yeni müharibə?


Dağlıq Qarabağdakı konflikt 1994-cü ildən bəri "dondurulmuş" vəziyyətdədir


Rəşad Şirin vurğulayır ki, “Dağlıq Qarabağ, əslində bu danışıqların bütün canı deyil və bu görüşdən hökumətlər üzərinə sövdələşmə təzyiqinin ilkin faktoru kimi istifadə edilə bilər”.

Sabine Freizerin fikrincə, sülh danışıqları vasitəçilərindən biri olan Rusiyanı günahlandırmaq çətindir, lakin Rusiyanın hərbi toqquşmalardan dərhal sonra danışıqlar təklifi ilə ortaya “atılması” şübhəli görünür.

Moskvalı rusiyapərəst təhlilçi Sergey Markov son toqquşmalarda Rusiyanın hər hansı rolunu təkzib edir və bildirir ki, əksinə, Rusiya özünün cənub qonşuluğunda münaqişənin çözülməsində maraqlıdır.

Onun fikrincə, burada əsas səbəb danışıqların dalana dirənməsidir.

“Bakı ona görə narazıdır ki, münaqişənin mümkün çözümünə doğru heç bir addım atılmayıb” – deyir təhlilçi. “Bu münaqişə çox uzun bir müddətdə dondurulub və Azərbaycan və Ermənistan arasında mövcud vəziyyət isə 20 il əvvəlki qüvvələr nisbətini əks etdirir, - deyir Moskvalı təhlilçi, - İndi Azərbaycan Ermənistandan çox güclüdür və belə dondurulmuş situasiya onu qane etmir”.

Ermənistan və tanınmamış Dağlıq Qarabağ Respublikası rəsmiləri bəyanatlarında Azərbaycan ordusunun güclü olması fikirlərini qəbul etmir və Azərbaycan tərəfindən hər hansı hücum edilərsə, ona cavab verməyə hazır olduqlarını deyir.

“Moskva, toqquşmaları minimuma endirmək istəyir ki, azərbaycanlılara və ermənilərə öz münaqişələrini çözməkdə kömək etsin və bu məqsədlə iki prezidenti bir araya gətirmək istəyir” – deyə Markov əlavə edir.

“Ola bilsin ki, Rusiya diqqəti Ukraynadan yayındırmaq istəyir, - deyir Freizer, - o, dünyaya göstərmək istəyir ki, təkcə Ukraynada mühüm rol oynamır, həm də Qafqazda mühüm rol oynayır”.

Prezidentlərin görüşüSoçi görüşündə Minsk Qrupunun daha iki həmsədrinin iştirak edəcəyinə dair heç bir məlumat verilməyib.

“Bu, əsl göstərici olacaq: Rusiya Minsk qrupunun fransız və amerikalı həmsədrləri ilə əməkdaşlığı davam etdirəcək, yoxsa özünün regiondakı nüfuzunu maksimum artırmaq məqsədilə təkbaşına hərəkət edəcək?” – deyir Richard Giragosyan.

Ukraynaya görə Qərbin sanksiyaları ilə vurulmuş Rusiya bəlkə də qərara gəlib ki, münaqişənin çözümündə təkbaşına hərəkət etsin və Azərbaycanı öz tərəfinə çəksin.

Azərbaycan bildirib ki, Avrasiya İttifaqına qoşulmaq niyyətində deyil. Öz növbəsində Avropa İttifaqı ilə Assosiasiya sazişindən Rusiyanın təzyiqi altında geri çəkilmiş Ermənistan da Rusiyanın Azərbaycana silah satmasından narazıdır və hələlik o da Avrasiya İttifaqına qoşulmayıb.

Azərbaycanın Rusiya ilə silah ticarətinin dəyəri 4 milyard dollardır. Eyni zamanda Rusiya Ermənistana münasib qiymətlərlə silah satır.

Hərbi fəaliyyətlər səngisə də, Azərbaycan-Ermənistan qüvvələrinin təmas xəttində vəziyyət gərgin olaraq qalır və indi bütün nəzərlər Putinin iki liderlə qarşıdan gələn görüşünə dikilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ABŞ tankları Rusiya sərhəddində

    ABŞ tankları Rusiya sərhəddində ...

    20-02-2016, 11:50

  • 
  • Müharibə başladı: Rus tankları Ukraynaya girdi

    Müharibə başladı: Rus tankları Ukraynaya girdi ...

    23-11-2014, 01:00

  • 
  • "Azərbaycan tankları cəbhəyə doğru irəliləyir"

    "Azərbaycan tankları cəbhəyə doğru ...

    29-01-2014, 22:15

  • 
  • Rusiya tankları Ermənistanda təlimə başladı

    Rusiya tankları Ermənistanda təlimə başladı ...

    24-02-2016, 15:42

  • 
  • Qarabağda yüksək müharibə riski: Azərbaycan bu dəfə aviasiyasını işə salacaqmı

    Qarabağda yüksək müharibə riski: Azərbaycan bu ...

    29-07-2017, 14:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu