GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Türk media xəbərləri “yetim qaldı"

Türk media xəbərləri “yetim qaldı"

Tarix: 21-01-2013, 10:15 Bölmə :Dünya Baxış: 916
Türk media xəbərləri  “yetim qaldı"

Ölkə siyasətinin onəmli simaları Mehmet Ali
Birandın vəfatı ilə bağlı başsağlığı mesajları veriblər


Tanınmış türk jurnalisti Mehmet Ali Birandın xəstəxanada əməliyyatdan sonra vəfatı haqda xəbər cümə axşamı gün ərzində ökənin əsas xəbərləri sırasında olub. Birandın vəfatı barədə rəsmi acıqlama verildiyi andan aparıcı televiziya kanalları onunla bağlı canlı proqramlar yayınlayıblar. Ölkə siyasətinin onəmli simaları Mehmet Ali Birandın vəfatı ilə bağlı başsağlığı mesajları veriblər.
Prezident Abdullah Gül başsağlığı mesajında Birandı "yeri doldurula bilməyəcək" jurnalist adlandırıb. O deyib: "Jurnalistikanın və televiziya xəbərçiliyinin simvol və öndər ismi Birand köşə yazıları, xəbər proqramları, dünya miqyasında səs gətirən reportajları, yaxın tariximizə işıq salan sənədli filmləri və yazdığı kitablarla türk mətbuatında fərq yaradıb. Yaxından tanıdığım və böyük dəyər verdiyim Məhmət Əli Birandı hər zaman hörmət, sevgi və təqdirlə yad edəcəyik".
Baş nazir Recep Tayyip Erdoğan isə Birandın "əsərləriylə hörmətli jurnalist kimi xatırlananacağını" deyib. CNN Türk kanalının Birandın vəfatı ilə bağlı canlı yayınına telefonla bağlanan Baş nazir Erdoğan onunla bağlı bir xatirələrini də bölüşüb: " 2011-ci il iyun seçkilərindən əvvəl bir proqramımız olmuşdu. Proqramın sonra "birlikdə yemək yeyək" dedim. Amma "menyuda ən əhəmiyyətli yemək kokoreçdir(quzu və ya keçi ətindən dönər)" demişdim. Fəryad etmişdi, o zaman kokoreçi çox sevdiyini anlamışdım. "Erdoğanlı İllər" sənədli filmini hazırlayacaqdı. Məndən "olur" cavabini da almışdı".
Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl də Birandın vəfatıyla bağlı danışib. Kanal D ana xəbər bülletenində danışan Süleyman Dəmirəl, Birandın "çox qiymətli bir jurnalist" olduğunu ifadə edib. "Onunla ən uzun çalışmış siyasətçilərdən biriyəm. Millətimiz çox qiymətli bir övladını itirdi. Çox qiymətli bir jurnalist, çox qiymətli, yeri doldurulamayacaq bir insan idi" - Demirel bildirib.
Ölkənin tanınmış jurnalsitləri də Mehmet Ali Birandın vəfatı ilə bağlı fikirlərini bölüşüblər. Jurnalist Ayşenur Arslan deyib ki, Birand əməliyyata girməzdən əvvəl xəstəxanada yazdığı köşə yazısını texniki problemə görə redaksiyaya göndərə billmədiyindən köməkçisini xəstəxanaya çağırıb. Köməkçısinin yardımı ilə yazısını "Posta" qəzetinə göndərəndən sonra Birand, əməliyyata götürülüb. Narkoz altında belə, həkimlərə yazısında bəhs etdiyi mövzulardan danışıb" - jurnalist, mərhum həmkarını xatırlayıb.
Nüfuzlu Hürriyyət qəzetinin baş redaktoru Enis Berberoğlu "Mehmet Ali Birand, təcrübəsi ilə müzakirəsiz olaraq bir peşə böyüyu idi. Amma həyəcanı ilə ən gənc müxbirlə yarışardı. Onun həyatı xəbər idi. Həyatının sona çatması də hamımız üçün böyük xəbər oldu" - deyib.
Jurnalist Taha Akyol isə Birandı "günlərlə yuxusuz qalsa da, ortaya bir xəbər cıxdığında müxbirlərdən öncə özü qaçmaq istərdi" deyə xatırlayıb.
Ölkənin tanınmış sənətçisi Deniz Seki isə Twittetdeki səhifəsində Mehmet Ali Birandın ölüm xəbərinə "xəbərlər yetim qaldı" deyə reaksiya verib.
Birand İstanbuldakı American xəstəxanasında çərşənbə günü öd kisəsindən əməliyyat olunub. 72 yaşlı jurnalist uzun müddətdir ki, xərçəngdən müalicə olunurdu. Türkiyədə jurnalistikanın əfsanəvi fiquru sayılan Birand karyerasına 1964-cü ildə başlayıb. O, Kanal D özəl telekanalının baş xəbər redaktoru və Hürriyet Daily News qəzetinin köşə yazarı idi.
İlhamə Qasımlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev Butros Butros-Qalinin vəfatı ilə əlaqədar başsağlığı verdi

    İlham Əliyev Butros Butros-Qalinin vəfatı ilə ...

    18-02-2016, 20:24

  • 
  • İlham Əliyev bolqarıstanlı həmkarına məktub göndərib

    İlham Əliyev bolqarıstanlı həmkarına məktub ...

    31-01-2015, 14:05

  • 
  • İlham Əliyev xalq artisti İlhamə Quliyevanın vəfatı ilə bağlı nekroloq imzalayıb

    İlham Əliyev xalq artisti İlhamə Quliyevanın ...

    26-02-2016, 12:28

  • 
  • Daha bir məhşur sənətçidən Azərbaycana başsağlığı

    Daha bir məhşur sənətçidən Azərbaycana başsağlığı ...

    21-05-2015, 12:22

  • 
  • Sabiq prezident vəfat etdi

    Sabiq prezident vəfat etdi ...

    15-12-2012, 15:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu