Amerika Birləşmiş Ştatlarının Prezidenti Barack Obama prezidentliyinin ikinci müddəti üçün ölkəyə və Konstitusiyaya sədaqət andı içdi. Prezidentin and içmə günü rəsmi olaraq yanvarın 20-i Ağ Evin Mavi zalında dar çevrədə olub. Bu inaqurasiyada onun yanında ABŞ Ali Məhkəməsinin sədri, Obamanın köməkçiləri və ailə üzvləri olub. Xalqa açıq olan və ikinci dəfə keçirilən böyük and içmə tədbiri isə yanvarın 21-də Konqresin binasında baş tutub. BBC-nin məlumatına görə, könüllülər və fəhlələr tərəfindən mərasimə hazırlıq bir neçə gün öncədən başlayıb. Tədbirin keçirildiyi Kapitoli binasının ətrafındakı binalar göy, qırmızı və ağ rənglərə boyadılıb. Tədbir üçün nəzərdə tutulmuş bu siyahını Prezidentin özü hazırlayıb. Mərasimdə Stevie Wonder, Alicia Keys, Usher, Smokey Robinson, Brad Paisley, Kelly Clarkson, Fun qrupunun və Beyoncenin ifası olubr. Beyonce nəzərdə tutulmuş mahnılardan əlavə ABŞ-ın himnini də səsləndirib. Obamanın yanvarın 21-ə nəzərdə tutulan inauqurasiya mərasimi ABŞ-da irqi ayrıseçkiliyə qarşı mübarizənin liderlərindən olan Martin Luther King-in anım günü ilə üst-üstə düşdüyündən Prezident Abraham Linkolnun İncili ilə birlikdə Luther Kingin də İncilinə əl basıb. Barak Obamanın Prezidentlik postuna ikinci dəfə and içməsi ABŞ tarixində 57-cidir. Ölkədə ilk andiçmə mərasimi 1793-cü ildə olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?