Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, ölkədə əcnəbi casusların sayı sürətlə artır. Xarici kəşfiyyat şəbəkəsi Rusiyada fəallaşır.
“Ona görə də əks-kəşfiyyatdan son dərəcə dəqiqlik tələb olunur. Bu il təkcə əks-kəşfiyyatın xətti ilə 230 casus və xarici kəşfiyyata işləyən agent aşkar edilərək həbs olunub”, cənab Putin təhlükəsizlik orqanlarının peşə bayramı münasibəti ilə Kremldə keçirilən təntənəli tədbirdə çıxışında belə deyib.
Prezident bildirib ki, terrora və ekstremist qruplara qarşı mübarizəni daha da gücləndirmək lazımdır: “Bu il sizin peşəkarlığınız sayəsində terrorla bağlı 60 hadisənin qarşısı alınıb. Onlardan 8-i terror aktı olub. Həmin hadisələrdə 46 terrorçu və ekstremist qrupun əli var”.
Musavat.com Interfax.ru-ya istinadən bildirir ki, Vladimir Putin Rusiyanın təcrid olunması məsələsinə də toxunub: “Dünyada vəziyyət stabillikdən çox uzaqdır. Təhlükə və risk artıb, beynəlxalq hüquq normalarına məhəl qoyulmur, hər şeyə əl atırlar. Şantaj, provokasiya, iqtisadi və informasiya təzyiqləri, ölkədəki radikal qüvvələrə yardım etməklə vəziyyəti gərginləşdirməyə cəhd edilir. Millətçi qruplara qucaq açırlar. Ölkənin daxilində vəziyyəti gərginləşdirmək istəyirlər. Bununla da başqa ölkələrə nəzarəti ələ keçirmək istəyirlər”.
Putin bildirib ki, tez-tez belə bəyanatlar səslənir ki, Rusiya müstəqil siyasətinə görə cəzalanmalıdır. Onlar Krımda, Sevestopulda öz vətəndaşlarımıza sahib çıxmamzdan narahatdırlar. Bəzən elə görünür ki, onlar bizim varlığımızı belə qəbul etmək istəmirlər. “Aydındır ki, Rusiyanı təcrid etmək heç kimə müyəssər olmayacaq, necə ki, indiyə kimi bu mümkün olmayıb. Bizi qorxutmaq da mümkün deyil”.
Prezident xatırladıb ki, XX əsrdə belə cəhdlər çox olub, amma nəticə verməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?