Keçmiş İstanbul Cümhuriyyət Prokuroru Mehmet Dəmir sensasion iddia ilə çıxış edib.
Gündəm Xəbər Avropa-ya istinadən xəbər verir ki, ötən ilin 17 dekabrında Türkiyədə baş vermiş, sözdə "rüşvət olayı"ndan danışan keçmiş prokuror , o zamankı baş nazir Ərdoğanın öldürülməsi üçün planlar qurulduğunu deyib.
"17 dekabr olayları bir çevriliş cəhdidir. Nazirlərin, məmurların uşaqları həbs edilərək, ölkəni xaosa sürükləməyə cəhd olunmuşdu . Bütün bu hərəkətlərin nəticəsi və hədəfinin Rəcəb Tayyib olduğunu bilirəm. Seçki yolu ilə Rəcəb Tayyib Ərdoğanı hakimiyyətdən uzaqlaşdıra bilmədiklərini anladılar. Bundan sonra onu ya öldürmək , ya da çevrilişlə hakimiyyətdən uzaqlaşdırmaq yolunu tutdular . Rəcəb Tayyibi öldürmək istəyirdilər.
17 dekabr və Gəzi hadisələrinin məqsədi bu idi . Tayyib Ərdoğanın şəxsində Türkiyə Cümhuriyyətini məhv etmək istəyirdilər . 17 və 25 dekabr planlarından MİT-in belə xəbəri yox idi. Məhkəməyə qarşı aksiya keçirmək məhkəməyə qarşı bir təcavüzdür. 25 dekabr dosyası çevriliş sonrası dövr üçün hazırlanmışdı . 25 dekabr dosyası həyata keçsəydi bu ölkədə nə qədər investisiya qoymuş iş adamı varsa həbs olunacaqdılar"
Sorğu
Yeni dizaynımız necədir?