Türkiyənin "Cumhuriyyət” qəzetinin redaksiyası polislər tərəfindən mühasirəyə alınıb.
Musavat.com-un məlumatına görə, buna səbəb qəzetin "Çarli Hebdo”nun karikaturalarını yayımlaması olub. Bildirilib ki, karikaturaları dərc edəndən sonra qəzetə saysız-hesabsız təhdid zəngləri gəlib. Təhdidlər barədə polisə məlumat verilib.
Polislər təhlükəsizlik məqsədiylə dərhal qəzetin redaksiyasını mühasirəyə alıb, yolları bağlayıb və keçən maşınları saxlatdıraraq yoxlayıblar.
Sorğu
Yeni dizaynımız necədir?