Radikal qruplaşma dünya liderlərinə ölüm mesajı göndərdi
Obama və Merkel öldürüləcək, Almaniya parlamenti partladılacaq İnternetdə ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkeli hədələyən video yayılıb. ANS PRESS-in RBK-ya istinadən verdiyi məlumata görə, bu videonun müəllifi radikal qruplaşmanın tərəfdaşı Əbu Əzzamdır. Terrorçu qruplaşmanın internetdə yaydığı videoda bildirilir ki, Almaniya kansleri Angela Merkel və Amerika dövlət başçısı Barak Obama öldürüləcəklər. Almaniya parlamenti-reyxstanqa hücum olacaq. Qruplaşma Almaniya parlamentinin aqibətinin 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkdakı dünya ticarət mərkəzilə eyni olacağını xəbərdar edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?