Rusiyanın hərbi hava qüvvələri Ermənistanda taktiki hava təlimlərinə start verib. Rusiyanın Cənub Hərbi Regionuna tərkibində dördüncü nəsil "MİG-29" hücum təyyarələri Rusiyanın Ermənistandakı Erebuni hava bazasında təlimlərdə iştirak edir. Təlimlər Kəmxud və Alaqaz regionlarını da əhatə edib.
Bu barədə məlumatı hərbi regionun mətbuat katibi TASS-a müsahibəsində bildirib. "Manevrlərdə hərbi hava qüvvələrinin 100 personalı, hərbi qüvvə bölmələri və 30 sayda xüsusi təyinatlı hərbi və aviasiya qurğuları iştirak edir." - mənbə bildirib.
Ordu rəsmisinin sözlərinə görə, "MİG-29" qırıcıları təlimlərin növbəti üç gün ərzində quru qüvvələrini havadan müşayiət edəcək, havadan şərti düşmən mövqelərini kruz və ballistik raketlərlə hədəfə alacaq.
Bildirək ki, Erebuni hava bazası Rusiyanın Ermənistandakı hərbi bazalarından biri hesab olunur. Bu baza 1995-ci ildə iki ölkə arasında imzalanan müqaviləyə əsasən yaradılıb. 2010-cü uldə müqaviləyə edilən dəyişikliyə əsasən, Rusiyanın Ermənistanda hərbi qüvvə saxlama hüququ 25 ildən 49 ilədək artırılıb. Bu da Rusiyanın 2044-cü ilədək Ermənistanda hərbi qüvvə saxlamasına şərait yaradacaq. /interaz/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?