Dünyada il ərzində 500 mindən çox zəlzələ baş verir, lakin onların çoxu zəif, nisbətən az qismi dağıdıcı olur. Hələlik zəlzələlərin yerini və vaxtını qabaqcadan dəqiq müəyyən etmək mümkün deyil, lakin yerin seysmik sahələrini müəyyən edib, çox böyük ehtimalla zəlzələlər baş verə biləcək əraziləri göstərmək olar.
gundemxeber.az xəbər verir ki, son 115 ildə dünyada ən güclü zəlzələ - 1960-cı il mayın 22-də Çilidə baş verib – Santiago və Consepsion şəhərlərində baş vermiş zəlzələnin gücü 9,5 bal olub. Zəlzələ nəticəsi böyük dalğalar və vulkan püskürməsi olub. 5000 nəfər ölüb, 2 milyon nəfər evsiz qalıb.
1960-ci ilin Çili zəlzələsi ilə yanaşı - son 110 ildə dünyada baş vermiş digər zəlzələlər:
1964-cü il martın 28-də Alyaskada güclü zəlzələ baş verib – 9,2 bal gücündə. 125 nəfər ölüb, insanların əmlakına ümumilikdə 310 milyon dollar ziyan dəyib.
2004-cü il dekabrın 26-da İndoneziyada – Sumatra adasında 9.1 bal gücündə zəlzələ baş verib. Bunun ardınca yaranan sunami İndoneziya, Tailand, Hindistan və Şri-Lankada ümumilikdə 226 min insanın həyatına son qoyub.
1952-ci il noyabrın 4-də Rusiyada 9 bal gücündə zəlzələ baş verib və yaranan sunami Havay adalarına çatıb. Xəsarət alan olmayıb.
Bu illərdə martın 11-də Yaponiyada 8.9 bal gücündə zəlzələ baş verib. Zəlzələ və ardınca sunami nəticəsində yüzlərlə adamın öldüyü deyilir, atom-elektrik stansiyasında partlayış baş verib. Filippin, Tayvan, Peru, Kolumbiya və başqa ölkələrdə sunami xəbərdarlığı elan edilib.
2010-cu il fevralın 27-də Çilidə 8.8 bal gücündə zəlzələ və ardınca sunami 500-dən çox insanı öldürüb. Yüz minlərlə ev, çoxlu sayda yol, körpü dağılıb, fəlakətin vurduğu ziyan 30 milyard dollar təşkil edib.
1906-cı il yanvarın 31-də Ekvador və Kolumbiya sahillərində 8,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin yaratdığı sunami 1000 nəfərin həyatına son qoyub. Təkanlar Mərkəzi Amerika və Yaponiyada da hiss edilib.
2005-ci il martın 28-də Sumatra adasında 8,7 bal gücündə baş vermiş zəlzələnin qurbanları 1300 nəfər olub.
1957-ci il martın 9-da Alyaskada baş vermiş 8,6 bal gücündə zəlzələ Andreanof adalarını silkələyib. Bunun nəticəsində Umnak adasında Vsevidof dağında vulkan püksürüb (200 ildir yatan vulkan). 15 metr hündürlüyündə sunami yaranıb və Havay adalarına çatıb.
1950-ci il avqustun 15-də Hindistan və Tibetdə baş vermiş 8,6 bal gücündə zəlzələ 2 min evi, məbəd və məscidi dağıdıb. Azı 1500 adam ölüb.
Azərbaycanın dağ və dağətəyi əraziləri də seysmik zonaya aiddir. Azərbaycanın tarixində ən dəhşətli zəlzələlər Gəncə yaxınlığında 1139-cu ildə 11 bal gücündə baş verib. Həmin dövrün tarixi yazılarına əsasən bu zəlzələdə 230 min insan həyatını itirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?