İsrail Qəzzadan gələn raket hücumlarının qarşılığını verməkdə gecikmədi.
Qəzza zolağında bir çox nöqtə bu gün İsrail təyyarələri tərəfindən bombalanıb. İsrail ordusu əməliyyatda terrorist bazalarını hədəf aldıqlarının vurğulayıb.
İsrail polisi Qəzzadan ölkələrinin cənubuna bir raket atıldığını açıqlamışdı. Aşdod şəhərinə düşən raketdən sonra hər hansı itki olmayıb. Aşdod şəhəri bələdiyyə məclisinin üzvü Marcel Hadar, hücumun gözləmədikləri bir anda gəldiyini söyləyib:
"Saat doqquz radələrində bir partlama səsi eşidildi. Xəbərdaqlı siqnalları işləmədi, ancaq Qəzzadan atılan raket hücumuna məruz qaldığımızı anladıq".
Aşdodda hücuma məruz qalan, müdafiəsiz bütün məktəblərdə dərslər təxirə salınıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?