Ermənistan tərəfi cəbhə xəttində gərginlik yaradır. Cəbhədə döyüşlər gedir və qarşı tərəfin onlarla itki verdiyi xəbəri yayılıb. Bu dəfə Ermənistan müharibə təhlükəsi səbəbilə əhalini qorumaq üçün 20 kəndin boşaldıldığı, əhalinin evakuasiya edildiyini bəyan edib.
Əhalisinin “qeydinə qalan” Sarksyanın bu dəfəki oyunu nədir?
Məsələ ilə bağlı ATV.az-a açıqlama verən hərbçi ekspert Üzeyr Cəfərovun sözlərinə görə, bu gərgin vəziyyət Ermənistanın növbəti oyunudur:
“Cəbhədə qeyri-adi heç nə baş vermir. Son hadisələr erməni hiyləgərliyinin növbəti bariz nümunəsidir. Onların məqsədi Azərbaycanın adına xoşa gəlməyən imic formalaşdırmaqdır. Bu artıq alışdığımız haldır.
Ermənistan Sarkisyan-Ohanyan cütlüyü, hər vasitə ilə öz hakimiyyətlərini uzatmaq üçün çalışır ki, cəbhədə vəziyyət gərgin qalsın. Bu gərginlik fonunda son vaxtlar xeyli itkilər var. Xüsusən, erməni itkilərinin sayı onlarladır.
Ermənilər bu dəfə də havadarları vasitəsi ilə diqqəti sırf Ermənistan ərazisinə yönəldiblər. Belə ki, Ermənistan əvvəl işğal olunmuş bölgələrimizdə hərbi təlim keçirdilərsə, indi bu təlimləri Azərbaycanla sərhəd bölgə olan öz torpaqlarında keçirirlər. Əhalinin də həmin bölgədən evakuasiya edirlər”.
Erməni şousu...
Görünür, düşmən qonşumuz fantaziyalarını elə geniş müstəvidə tutur ki, bir daşla bir necə quş vurmaq həvəsindədir.
“Bir tərəfdən də geniş təbliğatlar aparırlar ki, güya müharibə gözlənilir. Ermənistan da əhaliyə zərər gəlməsin deyə evakuasiya edir. Bəs nə üçün onlar yalnız öz ərazilərini evakuasiya edirlər, işğal olunmuş ərazilərimizi isə yox?
Azərbaycan müharibə etmək istəsə belə, biz yalnız öz işğal olunmuş ərazilərimizi geri qaytarmaq üçün müharibə edəcəyik. Qısası, bu şounun əsas səbəbi Erməni əhalisinin diqqətini daxili problemlərdən və narazılıqlardan yayındırmaqdır. Biz müharibəyə hazırlaşırıq, “Azərbaycan bizə göz verib işıq vermir, gör siz nəyin söhbətini edirsiz”.-deyə əhalisinə mesaj ötürür. Azərbaycan indiyəcən siyasi müstəvidə bir dəfə də olsun Ermənistan ərazisi ilə bağlı fikir səsləndirməyib. Bütün bunlara baxmayaraq, onlar kəndləri boşaltmaqla öz əhalisində vahimə yaratmaq istəyirlər”. – deyə sabiq hərbçi bildirib.
Qeyd edək ki, Ermənistan sentyabrın 6-na qədər davam edəcək “İldırım 2015” planına əsasən 20 kəndini boşaltdığını açıqlayıb. Səbəb olaraq Azərbaycan tərəfdən təhlükə gözlənildiyini irəli sürüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?