“Sizinyol” xəbər verir ki, artıq Səudiyyə Ərəbistanının özünün də təsdiqlədiyi kimi 4 mindən çox insanın həlak olduğu Məkkə faciəsi ilə bağlı daha bir video lent yayılıb. Videoda digərləri kimi özündən gedib yerə yıxılan, özünə gəldikdən sonra isə üzərində iki, üç meyidin olduğunu görən və özünü xilas etməyə çalışan ziyarətçiləri görürsünüz. Qeyd edək ki, artıq bir çox hacılar Həcc ziyarətini başa vuraraq öz ölkələrinə dönüb. Türkiyəli hacılar hava limanında müsahibə verərək bildirib ki, Minadakı nəzarətçilərin sayı olduqca azdır. İnsanları yönəltmək üçün daha çox nəzarətçiyə ehtiyac var idi. Hacılar bildirib ki, Minada hərəkət etdikləri zaman bir polis maşını öndə yolu kəsib. Bu səbəbdən öndə gedən hacılar geri dönüb. Bu zaman arxadan gələn hacılarla geri dönən hacıların arasında qalan kütlə sıxlıq səbəbindən ayaq altda qalaraq həlak olub. /Sizinyol.com/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?