ABŞ-ın Florida ştatında kiçik təyyarə səyyar evlərin yerləşdiyi qəsəbə ərazisində qəzaya uğrayıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəhərin Palm-Biç şəhərinin Yanğın-Xilasetmə Xidmətinin kapitanı Alberto Borroto məlumat verib.
"Ölənlər var, onların sayı müəyyənləşdirilir", - deyə o bildirib.
Onun sözlərinə görə, təyyarənin qəzaya uğramasına iki evdə baş verən yanğın səbəb olub.
Federal Aviasiya İdarəsi faktı təsdiqləyib, lakin hadisənin təfərrüatları barədə məlumat verilmir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?