Sankt-Peterburqda azərbaycanlılara qarşı törədilmiş cinayətlə əlaqədar həmin ölkənin Baş prokuroruna müraciət ünvanlandı
Azərbaycanlı ailəsinə qarşı törədilmiş qanunsuzluqlar qəti şəkildə pislənmişdir. Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov 2015-ci ilin iyulunda Sankt-Peterburq şəhərində polis əməkdaşının sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rusiya Federasiyasının vətəndaşı İradə Rəcəbəliyevaya və onun yetkinlik yaşına çatmayan övladlarına qarşı zorakılıq hərəkətlərinə yol verməsi ilə əlaqədar Rusiya Federasiyasının Baş prokuroru Yuriy Çaykaya müraciət edib. Müraciətdə azərbaycanlı ailəsinə qarşı törədilmiş qanunazidd hərəkətlər qəti şəkildə pislənərək, polis əməkdaşı tərəfindən yol verilmiş cinayət hadisəsinin ictimaiyyət arasında rezonans doğurması bildirilməklə cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə araşdırma aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunmuşdur. Bunu “Gündəm Xəbər”ə Baş prokurorun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?