Moskva Rusiya təyyarəsinin Misirdə qəzaya düşməsinin səbəbləri ilə bağlı istənilən məlumatları rədd edir.
Kremlin sözçüsü Dimitry Paskov noyabrın 5-də bildirib ki, A 321 təyyarəsinin nəyə görə qəzaya uğramasını yalnız rəsmi istintaq ayır edə bilər.
Həmçinin Baş nazir Dimitry Medvedev deyib ki, qəzanın səbəbi ilə bağlı hansısa yekun bir rəy vermək hələ ki, tezdir.
ABŞ-la Böyük Britaniya bundan əvvəl təyyarəyə bomba qoyulması barədə bəzi dəlillər olduğunu bildirmişdilər.
Bunu noyabrın 4-də ABŞ və Avropanın təhlükəsizlik mənbələri bildirib. Oktyabrın 31-də Rusiya sərnişin təyyarəsinin Misirin Sinay adasında qəzaya düşməsi nəticəsində 224 nəfər ölüb.
Sorğu
Yeni dizaynımız necədir?