Fevral ayının 11-də Türkiyənin Mersin şəhərində təcavüz edilərək yandırılıb daha sonra dərəyə atılan universitet tələbəsi Özgəcan Aslanın qatillərinə hökm oxunub.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmənin qərarı ilə onu qətlə yetirmiş Sübhi Altıntökən, Fatih Gökcə və Nəcməddin Altıntökən məhkəmənin qərarı ilə ağırlaşdırılmış ömürlük həbs cəzası ilə cəzalandırılıb.
Proses bu gün Ağır Cinayətlər məhkəməsində baş tutub. Məhkəmə təqsirləndirilən hər üç şəxsin birlikdə qərar verib qətli həyata keçirdiyini qənaətinə gəlib. Məhkəmədə söz istəyən Özgəcanın əmisi qızlarının 14 fevralda əsl sevgilisinə (Allaha) qovuşduğunu deyib: "Bu gün 3 dekabr isə onun valideynlərinin evlilik ildönümüdür. Bu gün ədalətin öz yerini tapacağı, Özgəcanın hüzur tapacağı gündür".
Proses zamanı təqsirləndirilən şəxslərdən hər üçü özlərini təqsirli bilmədiklərini deyiblər.
Özgəcan Aslan-öldürülən tələbə
Qeyd edək ki, bu ilin fevral ayının 11-də 20 yaşlı Özgəcan Aslan evə gəlməyincə, ailəsi polisə müraciət etmək məcburiyyətində qalıb. 2 gün axtarılan gənc qızın cəsədi tapılıb. Məlum olub ki, gənc qız Çamalan kəndi yaxınlığında döyülərək öldürülüb. Daha sonra qızın cəsədi dərəyə aparılaraq yandırılıb. 20 yaşlı gənc, 11 fevral tarixində universitetdən çıxdıqdan sonra alış-veriş mərkəzinə gedib. Alış-veriş mərkəzindən ayrılan Özgecan Aslan, daha sonra şəhərlərarası sərnişin daşıyan mikroavtobusa minib.
20 yaşlı qıza təcavüz etmək istəyən sürücü qızın cəsədini yandırmazdan əvvəl onun əllərini kəsib. Bunun səbəbini soruşanda isə bildirib ki, o, Özgəcana təcavüz etmək istəyəndə qız dırnaqları ilə onun üzünü cızıb. O da qızın əlində DNK izi qalmasın deyə, əllərini kəsib. Bundan başqa, məlum olub ki, evli və bir uşağı olan qatil qızı öldürəndən sonra köməyə öz atasını və dostunu çağırıb. 50 yaşlı atası və 20 yaşlı dostunun da köməyilə qızın cəsədini yandırıblar. Qatillər tutulan vaxt Özgəcan Aslanın dırnaq izləri hələ də sürücünün üzündə qalmışdı.
Özgəcanın qatillərindən biri
Hadisə ölkədə böyük böyük rezonans doğurmuş və hətta ölkə rəhbərliyi belə məsələyə biganə qala bilməmişdi.
Ölkənin İqtisadiyyat naziri Nihat Zeybəkçi tvitter mikrobloqunda hisslərini bu cür ifadə edib: “Özgəcan Aslan balamıza Allahdan rəhmət və ailəsinə səbr diləyirəm. O qızın qətli kimi cinayətlərə edam cəzası verilməlidir. Bu müzakirə olunmalı və tətbiq edilməlidir”.
Türkiyədə edam cəzalarına gəldikdə isə bu, 2002-ci ildə qismən (ağır cinayətlər istisna olmaqla), 2006-cı ildə tamamilə ləğv olunub.
Onun meyiti son mənzilə qadınların çiynində aparılmışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?