Türkiyədə PKK terror təşkilatına qarşı əməliyyatlar davam edir. Lent.az Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, ötən gecə hüquq-mühafizə orqanlarına Van vilayətində Erdemit yolunun kənarındakı evə bir qrup terrorçunun yığışması barədə məlumat daxil olub. Dərhal həmin ünvanda əməliyyat keçirilib. Atışma vaxtı 1 polis şəhid olub, daha 2 əməkdaş isə güllə yarası ilə xəstəxanaya aparılıb. Evə yığışan terrorçuların 12-si də öldürülərək zərərsizləşdirilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?