gundemxeber.az AZƏRTAC-a istinadən bildirir ki, İtaliyanın Savona vilayətinin Arnasko qəsəbəsində yaşayış binasında baş vermiş partlayış beş nəfərin həyatını itirməsi, bir nəfərin isə ciddi yaralanması ilə nəticələnib. Qaz sızması nəticəsində baş verən şiddətli partlayış dörd mənzildən ibarət binanın tamamilə dağılmasına və ətrafdakı tikililərin zərər görməsinə səbəb olub. Xilasedicilər zərər görmüş binalardan insanların təxliyyə olunmasına başlayıblar.
Arnaskonun meri Alfredino Gallizia gecə saatlarında baş vermiş hadisənin səbəblərinin araşdırıldığını bildirib. O deyib: "Daha əvvəl bu cür güclü partlayışın şahidi olmamışdım. Bina yerlə-yeksan olub. Yanğınsöndürənlər, xilasedicilər və polis dağıntılar altında başqa kiminsə qalıb-qalmadığını müəyyənləşdirməyə çalışır".
Sorğu
Yeni dizaynımız necədir?