Meksika körfəzinin cənub hissəsində yerləşən neft platformasının maşın şöbəsində yanğın baş verib.
"Report" xəbər verir ki, bu barədə Meksikanın "Pemex" şirkətinin "Twitter" səhifəsində məlumat verilib. Zərərçəkənlər barədə məlumat yoxdur. Üç gəmi vasitəsi ilə platformadan 97 nəfər təxliyə edilib. Qeyd olunur ki, platforma hələ ki əməliyyat işləri aparmadığından neft yayılması və ya sızması olmayıb. "Pemex" yanğının nəzarət altında olduğunu qeyd edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?