Qoridə hərbi hospitalda müalicə alan əsgər H1N1 virusundan ölüb.
Gürcüstan Müdafiə Nazirliyindən bildiriblər ki, ölən əsgərin 38 yaşı olub.
Həmin şəxs bir neçə gün hərbi hospitalda qripdən müalicə olunub. Onun 4 yaşlı övladı qalıb. Hazırda Qori hospitalında 12 əsgər müalicə olunur, onların vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, indiyədək Gürcüstanda H1N1 virusundan 9 nəfər dünyasını dəyişib.
Sorğu
Yeni dizaynımız necədir?