Türkiyənin baş naziri Əhmət Davudoğlu Avropa Birliyinin zirvə toplantısının keçiriləcəyi Brüssel şəhərinə rəsmi səfərini təxirə salıb. Milli.Az AHT-yə istinadən bildirir ki, baş nazir müavini Numman Kurtulmuşun dediyinə görə, bu güny erli vaxtla 18.31-də Ankarada törədilmiş teraktla bağlı araşdırmalar aparılır.
"Bu teraktın arxasında kimin, kimlərin durduğu ən yaxın zamanda bəlli olacaq", - o deyib. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının personalını daşıyan avtobus İnönü Bulvarında qırmızı işıqda duranda partlayış baş verib. Həlak olanların arasında hərbçilərlə yanaşı, mülki şəxslər də var. Yaralılar 32 təcili yardım maşını ilə xəstəxanalara daşınıb. Hazırda Ankara Respublika Prokurorluğunun 7 nəfərlik qrupu araşdırmalarla məşğuldur", - N.Kurtulmuş deyib.
Axşam saatlarında Ankarada, Daxili İşlər Nazirliyinin binasının önündə şübhəli paket görünüb. Qırmızı rəngli bağlamanı sapyorlar partladıblar. Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) Ankaradakı partlayış yerindən reportajlar aparılmasını, canlı yayımın təşkilini və cəsədlərlərlə yaralıların fotolarının paylaşmasını yasaqlayıb. ABŞ-ın Ankaradakı səfiri Con Bass teraktla bağlı deyib: "Bu terror partlayışından dolayı dərin üzüntü və şok içindəyəm. Türkiyəyə başsağlığı verir, həlak olanlar üçün dualar edirik".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?