Rusiya hərbçiləri Suriyada Moskvanı açıq-aşkar düşmən adlandıran, həmçinin Rusiya və MDB ərazisində genişləndirmə siyasəti aparmağa dair planlarını gizlətməyən yaraqlıları məhv edirlər. gundemxeber.az "Report"a istinadən xəbər verir ki, bunu şənbə günü Rusiya prezidenti Vladimir Putin Kremldə Vətənin Müdafiəsi Gününə həsr olunmuş təntənəli gecədə çıxışı zamanı bildirib. "Hərbçilərimizin döyüş ustalığı indi həm də Suriyadakı hərbi əməliyyatlarda təkmilləşməkdədir. Əsgər və zabitlərimiz bu Yaxın Şərq ölkəsində döyüşərək Rusiya Federasiyasının maraqlarını müdafiə edirlər, vətənimizi düşmən adlandıran və eləcə də Rusiya və Müstəqil Dövlətlər Birliyi ərazisində genişlənmə üzrə planlarını gizlətməyən yaraqlıları məhv edirlər", - deyə Putin qeyd edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?