30 metr diametrə malik 2013 TX68 asteroidi Yer kürəsinin yanından martın 8-də keçəcək.
gundemxeber.az bildirir ki, aznews.az TASS agentliyinə istinadə xəbər verir ki, bu barədə Keldış adına tətbiqi riyaziyyat İnstitutunun elmi əməkdaşı Leonid Yelenin məlumat verib: "Bizim amerikan həmkarlarımız öz arxiv xəritələrində 2013 TX68 asteroidini tapa biliblər. Bu isə onun trayektoriyasını müəyyən etməyə imkan verdi. Obyekt Yür kürəsinin yanından martın 8-də təxminən 5 milyon kilometr məsafədən keçəcək".
Alimin sözlərinə görə, asteroidin diametri 30 metrdir və xüsusi cihazlar olmadan onu izləmək mümkün olmayacaq.
Qeyd edək ki, sözügedən asteroid Çelyabinsk meteoriti ilə müqayisə olunur. Meteoritin diametri 2013 TX68 asteroidindən 10 metr az olub. Çelyabinsk meteoriti Yerin atmosferinə 2013-cü il fevralın 15-də daxil olub. O, atmosferdə, təxminən 30-50 kilometr hündürlükdə böyük partlayışa səbəb olub. Nəticədə çoxsaylı fraqmentlər Çelyabinsk vilayətinin böyük bir ərazisinə tökülüb.
Xatırladaq ki, fevral ayında NASA-nın saytında asteroidin Yerə yaxınlaşması barədə məlumat yerləşdirilmişdi. Məlumatda asteroidin martın 5-də planetimizin yanından keçəcəyi deyilirdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?