O, "prezidentin xahişi"ndən sonra su içməyə başlayıb
2014-cü ildə Rusiya tərəfindən oğurlanaraq həbs edilmiş 34 yaşlı Ukrayna pilotu Nadejda Savçenko "Ukrayna prezidentinin xahişi" ilə susuz aclığa son qoyub.
Amma az sonra məlum olub ki, Proşenkonu yansılayaraq Savchenkonun vəkilinə zəng ediblər. Ona məktub diktə ediblər.
Rusiyalı telefon xuliqanları deyiblər ki, prezidentin adından vəkilə zəng edərək dolayıblar.
Vəkil isə bunu Rusiya xüsusi xidmət orqanlarının təxribatı adlandırıb.
Ancaq Savçenko aclığı davam etdirəcək. Bu gün o, məhkəmədə son sözünü deyib.
Nadejda Savçenko "Ukrayna Prezidenti Petro Porpşenkonun məktubuna cavab olaraq" aclığı qismən dayandıraraq yalnız maye qəbul etməyə başlayıb. "Məktub" Savçenkoya vəkili Mark Feygin və Ukraynanın Rusiyadakı baş konsulu Vitaliy Moskalenko tərəfindən ötürülüb.
"Petro Poroşenkonun məktubu"nda deyilir:
"Biz Sizə görə çox narahatıq. Biz Sizin iradənizi və mübarizədə dözümünüzü çox dəyərləndiririk, ancaq indi aclıq üçün zərurət yoxdur... Mən istəyirəm ki, Siz mənim xahişimi eşidəsiniz - biz sizin səhhətinizin pisləşməsini istəmirik. Bizə sağlam Nadejda Savçenko, Ukraynanın qəhrəmanı, xalq deputatı, azadlığımızın rəmzi lazımdır."
"Ukrayna prezidenti məktubda" xanım Savçenkonun tezliklə evə qayıdaraq həmvətənlərinə nümunə olacağına ümid ifadə edib.
"Düşünürəm ki, Sizin fəaliyyətiniz sadaladıqlarımla məhdudlaşmayacaq. Mən Sizi bizim yenilənmiş hökumətimizdə görmək istərdim," deyə Petro Poroşenko məktubunda vurğulayıb.
Nadejda Savçenkonun vəkili Mark Feygin düşünür ki, əgər hökmdən sonra onun Ukrayna tərəfinə ötürülməsi barədə qərar qəbul olunarsa bu artıq apreldə baş verə bilər.
Vəkil qeyd edib ki, həm Rusiyanın, həm də Ukraynanın imzaladığı beynəlxalq Konvensiya sayəsində Savçenkonun Ukraynaya təhvil verilməsi mümkün ola bilər.
Kreml Ukrayna prezidentinin Nadejda Savçenkonun dəyişdirilməsi ilə bağlı dünən etdiyi müraciətə artıq cavab verib. "Biz sözsüz ki, Ukrayna prezidentinin bəyanatını qeydə almışıq. Başqa bir şey deməyə hazır deyiləm. Həmçinin deyə bilərəm ki, biz Savçenkonun vəkilinin onun aclığa son qoyduğu barədə bugünkü bəyanatını da eşitmişik. Bir daha xatırlatmaq istəyirik ki, hazırda məhkəmə prosesi gedir. Hələlik bundan artığını deməyə hazır deyiləm," deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Nadejda Savçenkonun işi üzrə hökmün martın 21-22-si oxunacağı gözlənilir.
Martın 10-da pilotun saxlandığı istintaq təcridxanasının qarşısına Yuliya Timoşenkonun blokundan olan üç xalq deputatı gəlib. Onlar müəssisənin qarşısında Avropa dövlətləri və ABŞ-ın nazirlərinə müraciət imzalayaraq onlardan Ukrayna hərbçisinin azad edilməsi tələbi ilə şəxsi bəyanatlar verməyi xahiş ediblər. Deputat Aleksey Ryabçin deyib ki, "onun azad edilməsinə nail olmaq üçün Rusiyaya təzyiqi artırmaq lazımdır".
İstintaq təcridxanasının qarşısında bu gün keçirilməli olan aksiya isə baş tutmayıb. Belə ki, onlarla polis və mülkigeyimli müəssisəni əhatəyə alaraq fəallara bildiriblər ki, onlar Rusiyanın kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qanunvericiliyini pozurlar.
Xanım Savçenkonun anası və bacısına da onunla görüşməyə icazə verilməyib. Nadejda Savçenkonu kamerada ziyarət etmək istəyən ukraynalı həkimlər də onun yanına buraxılmayıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?