Kosmosdakı havasızlıq şəraitində alovun xüsusiyyətlərini öyrənmək məqsədilə ABŞ Milli Aerokosmik Agentliyi (NASA) kosmosda özünün kosmik gəmilərindən birini yandırmaq fikrinə düşüb.
gundemxeber.az virtualaz.org-a istinadən bildirir ki, "Cygnus" təchizat kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyanı tərk etdikdən sonra atmosferə çatana qədər yanacaq.
NASA-dan bildiriblər ki, eksperiment zamanı alovun mikroqravitasiya şəraitində özünü aparmasının xüsusiyyətlərini öyrənməklə agentlik gələcəkdə baş verə biləcək qəza şəraitlərinin aradan qaldırılması strategiyasını hazırlayacaq.
Sorğu
Yeni dizaynımız necədir?