Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Barack Obamanı layiqli adam adlandırıb.
O bunu aprelin 14-də televiziya ilə canlı yayımlanan illik sual-cavabda Obamanın Liviyadakı əməliyyatı səhv hesab etməsi barədə şərhinə münasibət bildirərkən deyib.
Amma Putin səhvlərin hələ də davam etdiyini bildirib və qeyd edib ki, bu Suriyada da baş verə bilərdi.
ABŞ və digər ölkələr 2011-ci ildə Liviyada dinc sakinləri müdafiə eləmək üçün Liviya ordusunun mövqelərini bombaladılar və bundan sona Qəddafi rejimi devrildi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?