ABŞ Dağlıq Qarabağ münaqişəsində tərəfləri "güc tətbiqi" hədələri verməməyə cağırıb
ABŞ-ın Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Patrick Ventrell Dağlıq Qarabağ münaqişəsi ətrafında tərəfləri "güc tətbiq etməkdən" imtina etməyə dəvət edib. "Biz Minsk qrupunun həmsədrlərindən biri kimi tərəfləri konfliktin sülhlə həll olunmasına çağırırıq. Biz inanırıq ki, zor tətbiq edilməsi konflikti həll etməyəcək və buna görə, güc tətbiqindən və yaxud güc tətbiqi ilə hədədən çəkinməyə dəvət edirik", Dövlət Departamentinin rəsmi saytında Ventrell mətbuat konfransında deyib. Amma o, dövlət katibi Jon Kerrynin Türkiyə səfərində türkiyəli xarici işlər naziri Əhməd Davutoğlu ilə Dağlıq Qarabağ barədə "hansı söhbətləri aparıb-aparmadığını" deməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?