Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Türkiyə KİV-lərinə müsahibə verib.
Saakaşvili Rusiyanın Türkiyə məhsullarına embarqo qoymasının Moskvaya zərər etdiyini bildirib. O,Dağlıq Qarabağın beynəlxalq hüquqa görə Azərbaycanın ayrılmaz hissəsi olduğunu da vurğulayıb. Saakaşvili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı yaxından tanıdığını və onunla birgə işlədiyini bildirib. “Ərdoğan mənim üçün ilham qaynağı olub. Çox yaxşı bir dostdur. Ərdoğan sadə vətəndaşları çox düşünürdü və mənim fikrimcə onun seçkilərdə bir neçə dəfə qalib gəlməsinin səbəbi budur. O, böyük siyasi işlər görür. Əgər Ərdoğan bir vəd verdisə, nə olursa olsun o sözünün arxasında duracaq. O yalnız yeni Türkiyənin qurucusu deyil, eyni zamanda yeni bölgənin memarıdır. Gürcüstanı Ərdoğansız inşa etmək mümkün olmazdı. Ərdoğan olmasaydı Yaxın Şərqdə bir çox məsələ indikindən daha pis olardı. Mən onun ən böyük heyranıyam. Dünyanın Ərdoğan kimi insanlara ehtiyacı var. Ərdoğanın fərqli fikirləri bir neçə dəfə dünya liderleri tərəfindən tənqid olunsa da, sonradan görüldü ki, o, haqlıdır”. (modern.az)
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?