İsrail aviasiyası HƏMAS hərəkatının Qəzza zolağının cənubunda yerləşən obyektlərinə, cavab tədbiri olaraq, hava zərbələri endirib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“İsrail qüvvələrinə davamlı hücumlara cavab olaraq hərbi aviasiya HƏMAS-ın Qəzza zolağının cənubunda yerləşən dörd postuna zərbələr endirib”, - deyə məlumatda qeyd olunur.
Məlumata görə, HƏMAS silahlıları son üç gün ərzində minaatanlardan azı on dəfə sərhəd yaxınlığında gizli tunel axtaran İsrail ordusunu atəşə tutub. Buna cavab olaraq, İsrail ordusu bir neçə dəfə tank toplarından atəş açıb və üç dəfə hava qüvvələrini cəlb edib. Atəş nəticəsində İsrail ordusu itki verməyib, fələstinlilər dörd yaralının olduğunu bildirib.
Məlumata görə, İsrail ordusu bu gün sərhəd yaxınlığında Fələstin anklavından İsrailə gedən gizli tunel aşkarlayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?