Pakistan ağsaqqalları rəfiqəsinə sevdiyi oğlana qoşulub qaçmaqda kömək etdiyi üçün 16 yaşlı qızın ölürülməsinə qərar veriblər. gundemxeber.az BBC-yə istinadən xəbər verir ki, gənc qız evindən oğurlanıb, maşına qoyularaq yandırılıb. Onun cəsədinin təsviri sosial şəbəkələrdə paylanılıb. Polis bildirib ki, hadisə ilə bağlı həbs olunanlar arasında cirgə adlanan yerli icmanın rəhbəri və ölənin anası da var. Qətl hadisəsi ötən həftə Makol kəndi cirgəsinin ağsaqqallar şurası tərəfindən verilmiş qərarla bağlıdır. Polis bildirib ki, 15 üzvü olan cirgə Amber adlı qızın öldürülüb yandırılmasına qərar verib. Bu qərarın verilməsinə səbəb, onun rəfiqəsinə istədyi kimi evlənməsinə şərait yaratması olub. Qız oğurlanıb öldürüldükdən sonra avtomobilin arxa oturacağına qoyulub. Bundan sonra maşına od vurulub. - See more at: http://teleqraf.com/news/96510#sthash.K5zyx6EY.dpuf
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?