İranın yüksək rütbəli generallarının bir-birinə zidd açıqlamaları Amerika Birləşmiş Ştatlarını da çaş-baş salıb. İran silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Əli Abdullahi bildirib ki, Tehran yeni ballistik raketini 2 həftə əvvəl uğurla sınaqdan keçirib. Orta mənzilli raket hədəfin yaxınlığında, 8 metr kənarda partlayıb. Lakin çox keçməyib və ölkənin müdafiə naziri Hüseyn Dehqan Abdullahinin sözlərini təkzib edib.
gundemxeber.az atv.az-a istinadən bildirir ki, Fars agentliyinə danışan nazirin sözlərinə görə, İran ümumiyyətlə, yaxın aylarda heç bir raket sınağı həyata keçirməyib. Yaranan vəziyyət isə ABŞ-da çaşqınlıqla qarşılanıb. Ballistik raketlərin sınağını İranla qərb dünyası arasında əldə olunan razılaşmaya uyğun gəlmədiyini iddia edən Ağ Ev sözçüsü Coş Ernst çaşqınlıqlarını gizlətməyib. O bildirib ki, Vaşinqton iki fərqli açıqlamanın nədən yayıldığını araşdırır. Dövlət Departamenti də narahatdır. Qurumdan yayılan açıqlamada bildirilib ki, İslam Respublikasının məsuliyyətsiz açıqlamaları siyasi təxribatdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?