Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində qeyd olunan "Avropa günü" ilə bağlı bəyanat yayıb.
gundemxeber.az atv.az-a istinadən bildirir ki, dövlət başçısı köhnə qitəni ciddi olmağa səsləyib. O bildirib ki, Birliyə daxil olmaq ölkəsi üçün strateji əhəmiyyət daşıyır. Bununla belə, terrordan əziyyət çəkən Avropanın bu məsələdə Ankaraya təzyiq göstərməsi başadüşülən deyil.
Viza sərbəstliyinə gəlincə, Ərdoğan iddia edib ki, ölkəsi miqrantlar məsələsində üzərinə düşəni edib və sıra Avropadadır. O hesab edir ki, Ankaranı 50 il müddətində sıralarına daxil etməyən Birlik indi bu addımı atmaqla səmimiyyətini göstərməlidir. Ərtdoğan məhz bundan sonra qalan şərtlərin qısa zamanda yerinə yetiriləcəyini vəd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?