GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Qarabağlı ermənilər bezdilər: "Biz kölə deyilik, ölmək istəmirik" - FOTO

Qarabağlı ermənilər bezdilər: "Biz kölə deyilik, ölmək istəmirik" - FOTO

Tarix: 11-05-2016, 23:10 Bölmə :Dünya Baxış: 0
Qarabağlı ermənilər bezdilər: "Biz kölə deyilik, ölmək istəmirik" - FOTO

Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün bəyanatlarına rəğmən qarabağlı ermənilər yeni müharibəyə hazır deyillər. Daha doğrusu, onlar münaqişə zonasında hərbi əməliyyatların başlamasını istəmirlər. Qarabağlı ermənilər Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin çıxarılmasını, İrəvanın nəzarət etdiyi və Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsini istəyirlər.

Qarabağlı ermənilər bezdilər: "Biz kölə deyilik, ölmək istəmirik" - FOTO

Rəsmi İrəvan, habelə Xankəndidəki separatçı rejim həmin torpaqlarımızı "bufer ərazilər" adlandırsa da, qarabağlı ermənilər işğal olunmuş məkanları onları hər hansı hücumdan qoruya biləcək bufer saymırlar.
Tam əksinə, qarabağlı ermənilər problemin mümkün qədər qısa zamanda, özü də dinc danışıqlar yolu ilə həllini istəyirlər.
İrəvandakı 1in.am-ın əməkdaşı, tanınmış erməni publisist Avetis Babacanyan Dağlıq Qarabağın erməni əhalisinin əhval-ruhiyyəsi ilə bağlı yazı yazıb.
Yazını qısa ixtisarlarla təqdim edirik.

[thumb]https://gundemxeber.az/uploads/posts/2016-05/1462990103_3.jpg[/thumb

"Dağlıq Qarabağda son vaxtlar bu sözləri bir qədər fərqli formada tez-tez eşitmək olar: "Artıq belə davam edə bilməz, qoy vəziyyət sakitləşsin, görək nə olur". Qarabağın sıravi sakinləri əmindirlər ki, apreldəki "dördgünlük müharibə"yə qədər olan situasiya artıq yaşanmayacaq. Çünki onlar "dördgünlük müharibə"yədək olan həyatı bundan sonra da yaşamaq istəmirlər. Daha doğrusu, onlar normal həyat yaşamaq istəyirlər.

Qarabağlı ermənilər onu da söylədilər ki, müharibə zamanı gələndə, həyatla risk etmək zərurəti yarananda hakimiyyətdəkilər dərhal onları xatırlayır, vətənpərvərlikdən, vəhdətdən, birlikdən danışır, "bu vətən hamımızındır, onu bir nəfər kimi qorumalıyıq" deyirlər. Lakin təhlükə sovuşanda, dinc dövr başlayanda bəlli olur ki, sən demə, Ermənistan təki, Dağlıq Qarabağ da cəmi bir neçə nəfərin mülkiyyətiymiş. Yerin təki, bütün resurslar və ehtiyatlar həmin adamlara məxsusdur. Dağlıq Qarabağdakı mis, qızıl və mərmər yataqları, su-elektrik stansiyalarının tikilə biləcəyi çaylar onların mülkiyyətidir. Qarabağda əgər bir qarış torpağın varsa, orada nə isə əkib-becərmək istəyirsənsə, bunu bacarmayacaqsan. Çünki tarlaları sulamaq üçün gərəkən su bir neçə adama məxsusdur. O adamları da qətiyyən maraqlandırmır ki, hansısa qarabağlı erməninin tarlası quruyacaq, onun ailəsi ac qalacaq.

Qarabağlı ermənilər bezdilər: "Biz kölə deyilik, ölmək istəmirik" - FOTO

Dağlıq Qarabağdakı "dördgünlük müharibə"dən sonra qarabağlı ermənilər arasında psixoloji inqilab baş verib. Səngərlərdə 19 gün olmuş hərbçi ilə geri qayıdırdıq. Artilleriyaçı idi, ehtiyatdan çağırılmışdı, döyüşə göndərilmişdi. Bax, o dedi ki, varlılar davranışlarını dəyişməsələr, hər şeyi öz mülkiyyəti saymağa davam etsələr, sadə camaat buna dözməyəcək. Partlayış olacaq.

"Belə vəziyyətdən bezmişik. Tanrıya and olsun ki, usanmışıq artıq! Çünki artıq dözmək mümkün deyil. Səhhətimlə, həyatımla boş-boşuna risk etmək, əvəzində heç nə almamaq istəmirəm. Məni burada adam saymırlar. Yalnız onların əmlakını, varidatını qorumaq üçün gərəyəm. Axı mənim də qoruyacağım, qorumaq istədiyim nəyimsə olmalıdır, yox?! Belə getsə, qarabağlı ermənilər buranı tam tərk edəcəklər. Onlar dözə bilmirlər, səbrləri tükənib", - o dedi.

Daha sonra yaşlı, qoca qarabağlı ermənilərlə görüşdüm. Onlar dedilər ki, "dördgünlük müharibə" Qarabağdakı cinayətkar hakim dəstənin şüuruna təsir etməlidir: "Daim varlanmaq, pulları artırmaq barədə yox, bizim kimi sadə insanların həyatının yaxşılaşmasını da düşünmək lazımdır".

Qarabağlı ermənilər bezdilər: "Biz kölə deyilik, ölmək istəmirik" - FOTO

Dağlıq Qarabağda bahaçılıqdır. Daha doğrusu, dəhşətli bahaçılıqdır. Hər şey bahadır - çörək, ət, qaz, benzin, ərzaq məhsulları. Ermənistandakı qiymətlərlə satılan mallar da var, amma onların sayı çox azdır. Yerli sakinlərin dediklərinə görə, Dağlıq Qarabağda hər şey inhisardadır. "Bako Saakyan milyonlar qazanır, amma bizi eşşək sayır. Sanki, heç nəyi anlamırıq", - qarabağlı ermənilər deyirlər (Bako Saakyan Dağlıq Qarabağdakı separatçı rejimin lideridir - O.H.)
Onların sözlərinə görə, "təsadüfi" insanın Dağlıq Qarabağa nə isə gətirib satması mümkün deyil.
Məsələn, Hadrutdakı dükan sahiblərindən biri deyir: "Artıq 9 aydır ki, Ermənistandan un gətirib satmağa qoymurlar. Bizi məcbur ediblər ki, yalnız burada istehsal olunan unu sataq. Dağlıq Qarabağdakı taxıl zəmilərinin, tarlaların kimə mənsub olduğunu, dəyirmanların sahibinin kim olduğunu hamı bilir. O adam istəmir ki, ucuz un gətirib sataq, çörəyin və unun qiyməti aşağı düşsün. Parfümeriya və ya maşınla bağlı qadağanı başa düşmək olar. Amma un?! Axı çörək kasıbların əsas yeməyidir. Yoxsul qarabağlı erməniləri aclığa məhkum etmək cəlladlıqdır".

[thumb]https://gundemxeber.az/uploads/posts/2016-05/1462990139_7.jpg[/thumb]

Un inhisarının kimsə məxsus olduğunu soruşanda isə dükan sahibi əvvəl susdu, sonra söylədi: "Başağrısı, problemlər istəmirəm. O adamın kim olduğunu hamı bilir. Balaca dükanım var, ailəmi güclə dolandırıram. Ad çəksəm, günü sabah gəlib deyəcəklər ki, bu dükan artıq mənə məxsus deyil, qanunsuz işləyirəm, sənədlərim də qaydasında deyil. Yox, Tanrı xətrinə, soruşmayın. Bura Dağlıq Qarabağdır - burada nəyin varsa, bir gündə əlindən alarlar, özünü də atarlar küçəyə. Guya ad çəksəm, nə olacaq ki?! Ermənistanda kəndləri satın alıb camaatı dilənçi vəziyyətinə qoyurlar - bəyəm küçələrə çıxıb etiraz etmək, qışqır-bağır salmaq, hüquqların qorunmasını tələb etmək kiməsə kömək edib?!"
Dağlıq Qarabağda mobil rabitə də çox bahadır. "Karabakh Telekom" burada inhisarçıdır. Qarabağlı ermənilər deyirlər ki, mobil telefonla danışmaq istəyən hər kəs ayda 1200 dram ödəməlidir. Üstəlik, 1 dəqiqəlik danışıq üçün təqribən 40 dram alırlar.
"Əvvəllər, "dördgünlük müharibə"yə qədər mobil telefonla danışıqlara orta hesabla 12 min dram pul çıxırdı. İndisə elə o qədər danışıram, amma 20 min dram alırlar", - Martuni rayonunun sakini deyir.
479 dram 1 ABŞ dollarıdır...

Qarabağlı ermənilər bezdilər: "Biz kölə deyilik, ölmək istəmirik" - FOTO

Hadrutdakı qoca sakinlərdən biri dedi: "Yaşımın elə vaxtıdır ki, artıq heç kimdən, heç nədən qorxmuram. Nə deyirəm, elə də yaz. Rəhbərliyimiz bizi kölə sayır, özləri isə cah-cəlal içində yaşayırlar. Mənsə istəyirəm tarlamı əkib-becərə bilim, acından ölməmək üçün azuqəm olsun.
İstəyirəm ki, tarlamı sulamaq istəyəndə deməsinlər ki, bütün su özünü "prezident" və "baş nazir" adlandıran adamların on minlərlə hektarlıq tarlalarının suvarılmasına gedir. Adam kimi yaşamaq istəyirəm, anlayırsan?! O torpaqlar isə... Onlar bizim olmayıb, bizim deyil. Bizim də olmayacaq. Hamısını Azərbaycana qaytaracaqlar. Belə olacaq, bil... Buradakı vəziyyətə gəldikdə isə - yuxarıdakılar dəyişməsə, partlayış olacaq".

Qarabağlı ermənilər bezdilər: "Biz kölə deyilik, ölmək istəmirik" - FOTO
Qarabağlı ermənilər bezdilər: "Biz kölə deyilik, ölmək istəmirik" - FOTO
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Müharibə olsa Azərbaycana keçəcəyik" — Qarabağ erməniləri (VİDEO)

    "Müharibə olsa Azərbaycana keçəcəyik" — ...

    13-05-2016, 01:55

  • 
  • Qarabağ erməniləri Sarkisyana şərt qoydular: Ya torpaqları qaytar, ya da...

    Qarabağ erməniləri Sarkisyana şərt qoydular: Ya ...

    13-05-2016, 01:44

  • 
  • Ermənilər Laçında SES işə saldılar

    Ermənilər Laçında SES işə saldılar ...

    13-07-2013, 15:08

  • 
  • Ermənilər Qarabağda müharibə hazırlığına başlayıb - GƏLİŞMƏ

    Ermənilər Qarabağda müharibə hazırlığına başlayıb ...

    1-07-2019, 14:03

  • 
  • Nikolun bu çıxışı savaş elanıdır – Politoloq

    Nikolun bu çıxışı savaş elanıdır – Politoloq ...

    6-08-2019, 15:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu