“Avropa Birliyi” yaxın həftələrdə Rusiyaya qarşı sanksiyaları uzadacaq”.
Bunu Avropa Şurasının prezidenti Donald Tusk bəyan edib.
O mayın 26-də “Böyük 7-lır” in Yaponiya sammiti ərəfəsində bildirib ki, Moskva Ukraynanın şərqində atəşkəslə bağlı Minsk razılaşmasını yerinə yetirməyincə iqtisadi sanksiyalar qaldırılmayacaq.
2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb.
Qərb Moskvanı separatçıları dəstəkləməkdə günahlandırır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?