Almaniya Federativ Assambleyası (Bundestag) ermənilərin 1915-ci il hadisələri ilə bağlı iddialarını “soyqırımı” kimi tanınması haqqında qərar layihəsini qəbul edib. gundemxeber.az bildirir ki, konfransı Türkiyə və Ermənistan səfirliyinin rəsmiləri də izləyib. Bəzi ermənilər qərardan sonra üzərində “Tanınma üçün indi təşəkkürlər” yazılı plakatlar açıb. Məclis binasının qarşısında gözləyənlərin bir hissəsinin də HDP bayrağı açaraq sevinməsi diqqətdən qaçmayıb. Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) layihənin təsdiqi üçün hazırlanan ortaq bəyanata HDP-nin imza verməyəcəyini açıqlayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?