Türkiyənin Qars şəhərində Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə təlimi başlayıb. Təlim iki ölkə arasında bağlanmış hərbi əməkdaşlıq sazişinə əsasən təşkil olunub.
Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Məlumatda bildirilir ki, təlimdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev və Türkiyənin Üçüncü Ordu komandanı, ordu generalı İsmail Serdar Savaş iştirak edirlər.
Təlimə müşahidəçi qismində Gürcüstan Silahlı Qüvvələrinin nümayəndələrinin də qatıldığı bildirilir.
Məlumatda qeyd edilir ki, təlimlərdə 1200-dən artıq şəxsi heyət iştirak edir. Bu tədbirin məqsədi hərbçilər arasında təcrübə mübadiləsini reallaşdırmaqla qarşılıqlı əlaqələri inkişaf etdirmək, qərargahlarda müştərək planlaşdırma fəaliyyətlərini yoxlamaqdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?