GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Gürcülər “Mişa”ya niyə nifrət edir- TBİLİSİ - 2-Cİ HİSSƏ Reportaj (FOTOLAR)

Gürcülər “Mişa”ya niyə nifrət edir- TBİLİSİ - 2-Cİ HİSSƏ Reportaj (FOTOLAR)

Tarix: 3-06-2016, 16:55 Bölmə :Dünya Baxış: 0
Gürcülər “Mişa”ya niyə nifrət edir- TBİLİSİ - 2-Cİ HİSSƏ Reportaj (FOTOLAR)

Çili şairi Pablo Neruda Gürcüstanda yaşasaydı, bəlkə də Kür qırağında oturub eyni sözləri bu ölkə haqda yazardı:
– Gecə öz-özümə soruşuram
Çili hara gedir?
Necə olacaq mənim yoxsul, yoxsul, qaranlıq yurdum?

Gürcülər “Mişa”ya niyə nifrət edir- TBİLİSİ - 2-Cİ HİSSƏ Reportaj (FOTOLAR)

…Tbilisinin siyasi ab-havası təbiətinə adekvatdır: külək əsir, bulud dolur, yağış yağır, sonra gün çıxır və yenə külək əsir, yağış yağır, gün çıxır. Gecəsi-gündüzü belədir bu şəhərin. Adamın ovqatına təsir edir. Gah darıxırsan, gah eynin açılır, gah da qəribsəyirsən.

Gürcülər “Mişa”ya niyə nifrət edir- TBİLİSİ - 2-Cİ HİSSƏ Reportaj (FOTOLAR)

**
Gürcüstan müstəqillik gününü NATO tanklarının əhatəsində qeyd elədi. Bu tanklardan qabaq – 2008-ci ildə rus tankları ölkədə idi. O gün – bu gün ölkənin tanksız günü yoxdur. Ya rus, ya NATO öz tanklarının lüləsini bir-birinə əzələ nümayiş etdirmək üçün Gürcüstanı arsenal seçiblər.
O günə kimi Tbilisinin siyasi ab-havası indiki təbiətinə uyğun deyildi. Bir bayraq əsirdi – Saakaşvilinin Qərb küləyi istiqamətində.
Və bu rüzgar gürcü xalqına baha başa gəldi. Şimal küləyinin səmti Abxaziya və Cənubi Osetiyanı ağuşuna aldı. Bu itki “Mişa”nı sona qədər xalqın Yusif Sərracı olmağa qoymadı…

Gürcülər “Mişa”ya niyə nifrət edir- TBİLİSİ - 2-Cİ HİSSƏ Reportaj (FOTOLAR)

***
“İndiki hökumət siyasəti pis bilmir. Nə Rusiyanı, nə Amerikanı qıcıqlandırır. Saakaşvili az qala Tbilisini də işğal etdirəcəkdi. Biz demokratiya havasını udmamış, ciyərlərimizə işğalın karbonunu çəkməyə başladıq.
Belə radikal və birtərəfli xarici siyasət kimə lazımıydı, bilmirəm. Amma çox getməzdi. Sən “qulağının dibindəki” əbədi qonşunu görmürsən, amma İvanişvili görür. İndi Sakaaşvili Gürcüstan üçün Abxaziya kimi problem qoyub gedib.
Sanki bu adam təyinatlı diplomatdır, burdakı işi qurtarıb, Ukraynanı ağ günə çıxarmaq istəyir”, – lori dildə danışan taksi sürücüsü Georgi ilə söhbətimizi yazı dilinə çevirsək, onun düşüncələri təxminən bu sətirlərdən ibarətdir.
Georgi deyir ki, indi Tbilisinin siyasi ab-havası təbiəti ilə çulğalaşır. Yəni, mövcud iqtidar Rusiya və ABŞ siyasətində balansı qorumağı bacarır: külək əsir, bulud dolur, yağış yağır, sonra gün çıxır və yenə külək əsir, yağış yağır, gün çıxır…
Ailəsini gecə-gündüz turist daşımaqla dolandıran şofer Georgi danışır ki, ancaq burada yağış da, gün də Gürcüstandır. Bu ölkənin işi hər iki qara buludun başı üstündə dayanmasından qurtulmaqdır – azad vətən arzusu. Tbilisililər isə Osetiyaya gedə bilmir, rus tankları var, müstəqillik gününü qeyd edirlər – NATO tankları var…

Gürcülər “Mişa”ya niyə nifrət edir- TBİLİSİ - 2-Cİ HİSSƏ Reportaj (FOTOLAR)

****
Şəhərdə aşağılar da, yuxarılar da daha “Mişa”nı sevmirlər. Ona görə yox ki Gürcüstana pislik edib. Yox, əksinə, rüşvət, töycü, bac, xərac, süründürməçilik, talançılıq, bürokratik əngəllər, məmur özbaşınalığı kimi ölkənin ağır problemlərini aşağılarda aradan qaldırıb.
İnsafən, İvanişvili klanı da Sakaaşvilinin qurduğu iqtisadi sistemin cızığından çıxmayıb, islahatlar ləng getsə də, hazırkı hakimiyyətin Şvardandze idarəçiliyinə qayıtmaması alqışlanmalıdır.
Amma “Mişa”nın yanlışları onu xalqın gözündən salıb: demokratın ailə biznesi, yuxarı eşelonda korrupsiya, illərlə korrupsiyalaşmış, kriminallaşmış, cəzasız mühitdə yaşamağa vərdiş etmiş toplumu qəfildən dəyişmək istəkləri…

Gürcülər “Mişa”ya niyə nifrət edir- TBİLİSİ - 2-Cİ HİSSƏ Reportaj (FOTOLAR)

Bu da əsas deyil, daha sonra – elm-təhsil sahəsinə aid islahatlar Gürcüstan elmində kök salan insanları çıxdaş edirdi, köhnələrlə yenilərin savaşı, ordu, polis, məhkəmə sistemində də “atalar-oğullar” gərginliyi Saakaşvilinin tələskən, kəmhövsələ siyasətində onu ölkə ilə üz-üzə qoydu.
Gürcü burjua-oliqarxiyasının mülklərini dövlət mülkiyyətinə keçirmək də “Mişa”nı ağır tonnajlı siniflər, klanlarla qarşı-qarşıya qoymuşdu.
Sürücü Georgi deyir ki, bütün bunların yekununda xalq həmin siyasətə tam hazır deyildi. Orduda, polisdə, təhsildə, tibbdə, sosial həyatda rüşvət yox(dur) idi. Lakin çiçəklənən korrupsiya idi.
Ölkənin iqtisadi həyatından siyasi gününə gəlincə, “Rustavi-2” kanalı, bir neçə radio, hakimiyyəti sərt tənqid edən qəzet Saakaşvili dönəmində bağlanıb.
Gürcüstan Baş Prokurorluğunun istintaq materiallarında yazılıb ki, keçmiş dövlət başçısı 2007-ci il, noyabrın 7-də dinc aksiyanın zorakılıqla dağıdılmasına, “İmedi” telekanalının, eləcə də biznesmen Badri Patarkatsşvilinin əmlakının qanunsuz mənimsənilməsinə göstəriş verib. İstintaq materiallarına son əlavələr isə dövlət büdcəsinin talanması ilə bağlıdır.
Prokurorluq iddia edir ki, prezidentliyi dönəmində Saakaşvili vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 8 milyon dollar büdcə vəsaitini talayıb. 10 ilə cəmi 5 milyon dollar. Saakaşvilini 8 ilədək həbs gözləyir.
…“Mişa” daha artığını edə bilməzdi. İqtidarda qalmaq hərisliyi olsaydı, indikindən daha böyük nifrət qazanmışdı.
Və taksidən düşəndə Georgi xudahafizləşir: “Brat, sizdə aşağılar da, yuxarılar da rüşvət alır, amma pulunuz var. Bizdə rüşvət almırlar, ancaq pulumuz da yoxdur. Da svidaniya…”
Beləcə, tbilisililər Osetiyaya gedə bilmir, rus tankları var, müstəqillik gününü qeyd edirlər, NATO tankları var…
Nerudasayağı – necə olacaq mənim yoxsul, qaranlıq yurdum?

Gürcülər “Mişa”ya niyə nifrət edir- TBİLİSİ - 2-Cİ HİSSƏ Reportaj (FOTOLAR)

Emil Salamoğlu
Tiflis-Bakı
Xüsusi olaraq Gununsesi.info üçün
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Sabahın havası: Güclü külək əsəcək, rayonlarda yağış, qar yağacaq

    Sabahın havası: Güclü külək əsəcək, rayonlarda ...

    14-03-2020, 14:04

  • 
  • Sabahın havası: duman, bəzi yerlərdə yağış

    Sabahın havası: duman, bəzi yerlərdə yağış ...

    28-11-2015, 14:12

  • 
  • Sabahın HAVAsı

    Sabahın HAVAsı ...

    14-11-2015, 16:04

  • 
  • Sabahdan hava dəyişəcək - yağış, külək

    Sabahdan hava dəyişəcək - yağış, külək ...

    25-10-2015, 17:30

  • 
  • Sabahın havası açıqlandı: Gecə güclü şaxta, səhər külək...

    Sabahın havası açıqlandı: Gecə güclü şaxta, səhər ...

    24-02-2021, 21:56


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu