Keçən həftə 74 yaşında dünyasını dəyişən əfsanəvi boksçu Məhəmməd Əlinin iki gün davam edəcək dəfn mərasimi başlayıb.
Trend-in məlumatına görə, onun anadan olduğu Kentukki əyalətinin Luisvill şəhərində baş tutan mərasimin əvvəlində cənazə namazı qılınıb. Dünya şöhrətli boksçunun böyüdüyü evin qarşısı və adına yaradılan mərkəz sevənləri tərəfindən ziyarət edilir.
600 min əhalisi olan şəhərdə baş tutacaq mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ-ın keçmiş prezidenti Bill Klinton, aktyor Uill Smit, komediya ustası Billi Kristal və idman aparıcısı Brayant Qambelin də çıxış edəcəkləri gözlənilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?