Dünyanın 400 ən zəngin insanı Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumdan ("Brexit") bir gün sonra 127,4 mlrd. dollar itirib.
gundemxeber.az APA-ya istinadən bildirir ki, bu, "Bloomberg" agentliyinin milyarderlər reytinqində öz əksini tapıb.
Dünya fond indekslərində müşahidə olunan eniş dünyanın ən 400 ən zəngin biznesmeninin ümumi aktivlərinin 3% azalaraq 3,9 trln. dollara çatmasına səbəb olub.
Avropanın ən zəngin insanı olan Amansio Orteqa 1 gün ərzində 6 mlrd. dollar, dünyanın ən zəngini olan Bill Qeyts isə 2,4 mlrd. dollar itirib.
Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib.
Referendumun nəticələri dünya bazarlarını dalğalandırıb və demək olar ki, bütün aparıcı birjalar 3-10% eniş nümayiş etdirib. Funt sterlinq isə 1985-ci ilin minimumunu yeniləyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?