Kolumbiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Kolumbiya Milli ordusuna məxsus Mİ-17 helikopteri iyunun 26-da Tolima departamentinin şimal bölgəsində radarlardan itib.
Qəzaya uğramış helikopter bu gün Kaldas departamentində tapılıb. İlkin məlumatlara görə, hadisəyə hava şəraitinin əlverişsiz olması səbəb olub.
Sorğu
Yeni dizaynımız necədir?