Azərbaycanın İstanbuldakı baş konsulluğu Atatürk hava limanında baş verən terror hadisəsi zamanı xəsarət alan və ölənlər arasında azərbaycanlıların olub-olmamasını araşdırır.
gundemxeber.az bildirir ki, bu barədə Trend-ə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb.
Terror aktı nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb, 147 nəfər isə yaralanıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?