İstanbuldakı Atatürk hava limanında törədilmiş məşum teraktdan sonra Avropadakı bütün nəqliyyat qovşaqlarında, xüsusilə də vağzallarda, metropolitenlərdə və hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib. Fəqət, bütün bunlar vətəndaşları terror hücumlarından, risklərdən tam xali etmir. Milli.Az bildirir ki, Britaniyanın Xarici İşlər Nazirliyi Avropa ölkələrinin turistlər üçün terror riski səviyyəsindən asılı olaraq "reytinq"ini hazırlayıb. Avropada turistlər üçün terror aktları riski baxımından ən təhlükəsiz ölkələr İsveçrə, Sloveniya, Çexiya, Macarıstan, Polşa, Litva, Latviya və Estoniyadır. Qismən riskli ölkələr İrlandiya, Norveç, Finlandiya, Portuqaliya, Xorvatiya, Serbiya, Kosovo, Albaniya, Makedoniya, Rumıniya, Bolqarıstan, Slovakiya, Belarus, Lüksemburq, Gürcüstan, Maltadır.
Turistlər üçün ciddi riskli ölkələr:
1. Hollandiya 2. Danimarka 3. İsveç 4. İtaliya 5. Avstriya 6. Bosniya-Hersoqovina 7. Monteneqro 8. Yunanıstan 9. Ukrayna 10. Kipr.
Turistlər üçün ən riskli Avropa ölkələrinin siyahısı belədir:
1. Böyük Britaniya 2. Fransa 3. İspaniya 4. Belçika 5. Almaniya 6. Türkiyə 7. Rusiya.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?