İsrailin "Əl Al" hava yolu şirkətinin Nyu Yorkdan Tel-Əvivə uçan təyyarəsində həyəcanlı anlar yaşanıb.
gundemxeber.az axar.az-a istinadən bildirir ki, naməlum şəxslər LY002 səfər saylı təyyarədə bomba olması ilə bağlı xəbər yayıblar.
Hadisədən dərhal sonra İsveçrənin iki F/A-18 reaktivi havaya qalxaraq təyyarəni müşayiət edib. Təyyarənin Tel-Əvivdəki Ben Qurion Hava Limanına eniş edəcəyi gözlənilir.
Qeyd edək ki, ölkənin ən böyük hava yolu şirkəti olan "Əl Al" (Yuxarı çıx, İsrail) təyyarənin içində silahlı qoruma sistemi yaradan ilk hava yolu şirkətidir.
Sorğu
Yeni dizaynımız necədir?